Menyu

Nebenzya: Qəzzada humanitar atəşkəsə yalnız ABŞ və İsrail qarşı çıxır

Nebenzya: Qəzzada humanitar atəşkəsə yalnız ABŞ və İsrail qarşı çıxır

"Yalnız İsrail və ABŞ Qəzza zolağında dərhal humanitar atəşkəsin əldə edilməsinə qarşı çıxır, halbuki dünyada bununla bağlı artıq konsensus var". 

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında deyib.

O, Vaşinqtonun Yaxın Şərq siyasətinin dalana dirəndiyini qeyd edib: "İsraildən başqa buna qarşı çıxan, bütün beynəlxalq ictimaiyyətə qarşı çıxan yeganə dövlət ABŞ-dir".

Nebenzya qeyd edib ki, Birləşmiş Ştatlar Qəzza zolağında mülki əhaliyə kömək etmək əvəzinə, İsraili kütləvi şəkildə silahla təmin edir və bunun nəticəsində anklavda dinc əhali həlak olur. 

"Təhlükəsizlik Şurası üzvlərinin böyük əksəriyyətinin səylərinə baxmayaraq, təklif olunan bütün layihələr Vaşinqton tərəfindən bloklandı, Vaşinqton mülki şəxslərə yardım göstərmək əvəzinə, İsraili bütün növ silahlarla kütləvi şəkildə təmin edir.  Son nəticədə fələstinli mülki vətəndaşlar ölür", - o, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında çıxışı zamanı deyib. 

Teqlər:

"Nebenzya: Q\u0259zzada humanitar at\u0259\u015fk\u0259s\u0259 yaln\u0131z AB\u015e v\u0259 \u0130srail qar\u015f\u0131 \u00e7\u0131x\u0131r"

Əlaqəli Xəbərlər