Menyu

Zelenski Ukraynanın NATO-ya dəvət olunmadığını bildirib

Zelenski Ukraynanın NATO-ya dəvət olunmadığını bildirib

"Ukraynanın NATO-ya yalnız hazırda onun nəzarətində olan ərazilərlə daxil ola biləcəyi ilə bağlı ehtimallar əsassızdır, heç kim Kiyevi alyansa bu formatda dəvət etmir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

Zelenski əlavə edib ki, Kiyevdə Ukraynanın yalnız "bir hissəsinin" NATO-da olacağını heç vaxt qəbul etməyəcəklər. Onun sözlərinə görə, alyansa bu formatda qoşulmaq barədə fikirlər "xəyal məhsulu"dur.

Prezident həmçinin etiraf edib ki, ayrı-ayrı Qərb ölkələri ilə ikitərəfli təhlükəsizlik təminatları üzrə təmaslar gözləniləndən bir qədər ləng gedir: "Çünki Ukrayna hələlik onlara bu cür zəmanətlərin hərbi komponentləri ilə bağlı təkliflər təqdim etməyib".

Qeyd edək ki, noyabr ayında Britaniyanın "The Guardian" qəzeti NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin sözlərindən sitat gətirib. Rasmussen Ukraynanın yalnız Kiyevin nəzarət etdiyi sərhədlər daxilində alyansa üzv olmasını təklif edib. 

Teqlər:

"Zelenski Ukraynan\u0131n NATO-ya d\u0259v\u0259t olunmad\u0131\u011f\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər