Menyu

BMT: Husilərin Qırmızı dənizdə zərbələri ticarətə və ətraf mühitə zərər verə bilər

BMT: Husilərin Qırmızı dənizdə zərbələri ticarətə və ətraf mühitə zərər verə bilər

"Ənsar Allah hərəkatının husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə hücumları artır. Bu, beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər". 

"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Biz, əlbəttə ki, son həftələrdə beynəlxalq gəmiçilik zolaqlarına edilən hücumları pisləyirik. Bu, beynəlxalq hüququn mühüm tərkib hissəsi olan naviqasiya azadlığına mane olmaqla yanaşı, həm də beynəlxalq ticarətə zərər vurma potensialına malikdir. Biz bunu görürük", - deyə o, brifinqdə bildirib.

Düjarrik həmçinin qeyd edib ki, gəmilərə edilən hücumlar tam dolu tankerlərin partlaması ilə nəticələnə və dəhşətli ekoloji fəlakət doğura bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər