"Birləşmiş Ştatlar Çini güclü mövqedən cəlb etməyə davam edəcək və Hind-Sakit okean regionunda öz mövqeyini gücləndirmək niyyətindədir".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Biz Çinlə əlaqə saxlamağa davam edəcəyik. Hind-Sakit Okean regionunda tərəfdaşlığımız heç vaxt bu qədər güclü olmayıb. Bu səylər bizə tərəfdaşlarla səmərəli şəkildə əlaqə saxlamağa imkan verdi. Eyni zamanda Çinin ticarət və iqtisadi kursu, Tayvan boğazı və Cənubi Çin dənizində sülh və sabitlik kimi problemli məsələlərin, eləcə də insan haqları məsələsi ilə bağlı mövzuların həlli yollarını axtarmalıyıq", - Blinken qeyd edib.
Teqlər:
"Blinken: AB\u015e \u00c7inl\u0259 \u0259laq\u0259 saxlama\u011fa davam ed\u0259c\u0259k"