Blinken: ABŞ İsrailin daha məqsədyönlü əməliyyatlara keçməsinə israr edir
"Birləşmiş Ştatlar Qəzza zolağında daha məqsədyönlü hərbi əməliyyatlara keçmək və döyüşlərin intensivliyini azaltmaq üçün İsrailə təzyiq edir".
"Operativ Media" xəbər verir ki, bunu Amerikanın dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Biz həqiqətən də HƏMAS rəhbərliyinə qarşı, eyni zamanda tunel şəbəkəsinə və bəzi digər vacib şeylərə qarşı mübarizəyə yönəlmiş daha kiçik qüvvələrlə daha məqsədyönlü əməliyyatlara keçid görmək istəyirik", - Blinken bildirib.
O vurğulayıb ki, bu halda hərbi əməliyyatlardan mülki əhaliyə dəyən zərər xeyli azalacaq.
Teqlər:
"Blinken: AB\u015e \u0130srailin daha m\u0259qs\u0259dy\u00f6nl\u00fc \u0259m\u0259liyyatlara ke\u00e7m\u0259sin\u0259 israr edir"