Türkiyə və Misir liderləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Edoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, görüşdə İsrailin Fələstin ərazisinə hücumları və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib.
Ərdoğan görüşdə İslam ölkələrinin birlik içində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacib olduğunu bildirib.
Türkiyə lideri yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzulayıb. O, yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.
Teqlər:
"T\u00fcrkiy\u0259 v\u0259 Misir liderl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"