Menyu

Türkiyə ordusu Şimali İraqda 14 hədəfi məhv edib

Türkiyə ordusu Şimali İraqda 14 hədəfi məhv edib

"Ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizədə qətiyyət aramsız olaraq davam edir. İraqın şimalındakı Qara, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatında 14 hədəf məhv edilib".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

"Terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraqın şimalında yerləşən Qara, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında mağara, bunker, sığınacaq və anbarlardan ibarət 14 hədəf məhv edilib.

Həyata keçirilən əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib", - nazirlik qeyd edib.

Teqlər:

"T\u00fcrkiy\u0259 ordusu \u015eimali \u0130raqda 14 h\u0259d\u0259fi m\u0259hv edib"

Əlaqəli Xəbərlər