Toyota Motors, sensordakı qısaqapanmanın təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, geri çağırılma 2020-2022-ci illər arasında istehsal olunmuş Avalon, Camry, Corolla, RAV4, Lexus ES250, ES300H, ES350, RX350 Highlander və Sienna Hybrid avtomobillərini əhatə edir.
Səlahiyyətli Toyota dilerləri sözügedən sensorları yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcəklər.
Toyota 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı xəbərdar etməyə başlamağı planlaşdırır.
Teqlər:
"Toyota 1 1 milyon avtomobilini geri \u00e7a\u011f\u0131racaq"