Menyu

CNN: ABŞ kəşfiyyatı HƏMAS-ın Yaxın Şərqdə təsirinin kəskin şəkildə artdığına inanır

CNN: ABŞ kəşfiyyatı HƏMAS-ın Yaxın Şərqdə təsirinin kəskin şəkildə artdığına inanır

"ABŞ kəşfiyyat agentlikləri hesab edirlər ki, Qəzza zolağı ətrafında eskalasiya başlayandan HƏMAS hərəkatının Yaxın Şərqdə təsiri artıb".

"Operativ Media" xəbər verir ki, bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

"ABŞ kəşfiyyat orqanları münaqişə zamanı HƏMAS-ın nüfuzunun və təsirinin kəskin artdığını hesab edir. Bu, HƏMAS-ın dünya ictimaiyyəti qarşısında "qadınları və uşaqları öldürən qəddar zalımla vuruşan tək silahlı qrup" kimi görünə bilməsi ilə bağlıdır", - deyə telekanal qeyd edib.

CNN-in məlumatına görə, İsrailin əməliyyatı anklavda mülki əhalinin ölümünə səbəb olub və bu, İsrail dövlətinin tənqidinə səbəb olub. HƏMAS Yaxın Şərqdə bir çoxları üçün "Fələstin davasının müdafiəçisi və İsrailə qarşı effektiv döyüşçüyə" çevrilib.

CNN həmçinin daha əvvəl məlumat vermişdi ki, ABŞ prezidenti Co Bayden və müşavirləri İsrail liderlərinə Qəzza zolağında mülki əhalinin iztirab çəkməsinin İsrail ordusunun hərbi əməliyyatlarına dəstəyi zəiflətdiyi barədə xəbərdarlıq ediblər. Telekanalın məlumatına görə, Vaşinqton İsrailə Qəzza zolağındakı əməliyyatla bağlı artan beynəlxalq tənqidə görə xəbərdarlıq edib. 

Teqlər:

"CNN: AB\u015e k\u0259\u015ffiyyat\u0131 H\u018fMAS-\u0131n Yax\u0131n \u015e\u0259rqd\u0259 t\u0259sirinin k\u0259skin \u015f\u0259kild\u0259 artd\u0131\u011f\u0131na inan\u0131r"

Əlaqəli Xəbərlər