Menyu

Kanada hökuməti Qəzzada humanitar fasilə verməyə çağırıb

Kanada hökuməti Qəzzada humanitar fasilə verməyə çağırıb

Kanada hökuməti Yaxın Şərq münaqişəsində yeni humanitar fasiləyə çağırır, lakin bunun üçün HƏMAS hərəkatı silahlarını yerə qoymalı və bütün girovları azad etməlidir. 

"Operativ Media" xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Torontoda jurnalistlərə bildirib.

"Biz mümkün qədər tez humanitar fasiləyə çağırırıq və davamlı atəşkəsə nail olmaq üçün çalışırıq", - Kanada hökumətinin başçısı deyib.

O vurğulayıb ki, atəşkəs birtərəfli ola bilməz: "HƏMAS silahlarını yerə qoymalı, bütün girovları azad etməli, insanlardan canlı qalxan kimi istifadə etməyi dayandırmalı və onun Qəzza zolağının gələcək idarəçiliyində heç bir rolunun olmayacağını başa düşməlidir", - deyə Trüdo qeyd edib.

Baş nazir Kanadanın mövqeyini də xatırladıb ki, hazırkı münaqişə yalnız İsraillə dinc yanaşı yaşayacaq Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması yolu ilə həll edilə bilər.

Teqlər:

"Kanada h\u00f6kum\u0259ti Q\u0259zzada humanitar fasil\u0259 verm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər