Menyu

"Yuxarı Lars" yenidən bağlandı

Nərmin Qocamanlı
"Yuxarı Lars" yenidən bağlandı

"Yuxarı Lars" keçid məntəqəsi yük maşınları üçün yenidən bağlanıb.

"Operativ Media" xəbər verir ki, Gürcüstan Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Departamentinin "Telegram" kanalında verdiyi xəbərə görə, pis hava şəraiti ilə əlaqədar Gürcüstan Hərbi Yolu ilə ağır avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb .

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməməsi, habelə Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla Vladiqafqaz şəhəri arasındakı hissədə ağır tonnajlı avtomobillərin hərəkəti 22 dekabr 2023-cü il saat 08.50-dən etibarən dayandırılıb. 

Qeyd edək ki, Gürcüstan Hərbi Yolu Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Teqlər:

"\"Yuxar\u0131 Lars\" yenid\u0259n ba\u011fland\u0131"

Əlaqəli Xəbərlər