Menyu

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Solou vəfat edib

Nərmin Qocamanlı
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Solou vəfat edib

1987-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Robert Solou dekabrın 21-də 99 yaşında Massaçusets ştatının Leksinqton şəhərindəki evində vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "The New York Times"a onun oğlu məlumat verib.

Qeyd edək ki, Robert Solou 1924-cü ildə Bruklində anadan olub. 1956-cı ildə o, daha çox neoklassik artım modeli kimi tanınan iqtisadi artım modelini işləyib hazırlayıb. Bu modeldən istifadə edərək o, adambaşına düşən ABŞ sənaye istehsalının təxminən 4/5 hissəsinin texnoloji tərəqqinin hesabına olduğunu müəyyən edib.

1987-ci ildə cənab Solou “iqtisadi artım nəzəriyyəsində fundamental tədqiqatlarına görə” Nobel mükafatına layiq görülüb. 2014-cü ildə o vaxtkı prezident Barak Obama Robert Solou Amerikanın iki ən yüksək mükafatından birinə - Prezidentin Azadlıq Medalı ilə təltif edib.

Teqlər:

"\u0130qtisadiyyat \u00fczr\u0259 Nobel m\u00fckafat\u0131 laureat\u0131 Robert Solou v\u0259fat edib"

Əlaqəli Xəbərlər