Menyu

Parisdə Ermənistan və Fransa arasında hərbi-siyasi məsləhətləşmələr baş tutub

Nərmin Qocamanlı
Parisdə Ermənistan və Fransa arasında hərbi-siyasi məsləhətləşmələr baş tutub

Dekabrın 21-də Parisdə Ermənistan-Fransa ikitərəfli hərbi-siyasi məsləhətləşmələri baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan başçılıq edib.

Tədbirdə Ermənistan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hasmik Tolmacyan da iştirak edib.

Fransa tərəfdən məsləhətləşmələri Fransa Silahlı Qüvvələr Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya İdarəsinin direktoru Elis Ruffo aparıb.

Məsləhətləşmələr zamanı beynəlxalq və regional təhlükəsizliklə bağlı problemlər, eləcə də əməkdaşlıq gündəliyi məsələləri ətraflı müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.

Teqlər:

"Parisd\u0259 Erm\u0259nistan v\u0259 Fransa aras\u0131nda h\u0259rbi-siyasi m\u0259sl\u0259h\u0259tl\u0259\u015fm\u0259l\u0259r ba\u015f tutub"

Əlaqəli Xəbərlər