Ukrayna Rusiya mallarına qoyulan qadağanın vaxtını uzadıb
Nərmin Qocamanlı
Ukrayna Nazirlər Kabineti Rusiyadan Ukraynanın gömrük ərazisinə malların idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb.
"Operativ Media" xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Qadağan olunmuş mallara, xüsusilə, ət, balıq, qəhvə, çay, şokolad və digər qənnadı məmulatları, uşaq qidaları, ev heyvanları üçün yeməklər, spirt və siqaretlər daxildir. Qadağa bir sıra sənaye mallarına, nəqliyyat vasitələrinə, gübrə və kənd təsərrüfatı məhsullarına da şamil edilir.
Teqlər:
"Ukrayna Rusiya mallar\u0131na qoyulan qada\u011fan\u0131n vaxt\u0131n\u0131 uzad\u0131b"