Menyu

ABŞ: Yaponiyanın qərarı Hind-Sakit okean regionunun təhlükəsizliyini gücləndirəcək

ABŞ: Yaponiyanın qərarı Hind-Sakit okean regionunun təhlükəsizliyini gücləndirəcək

"Yaponiya hökumətinin "Patriot" raketdən müdafiə sistemlərini ABŞ-yə təhvil verməsi ölkənin və bütün Hind-Sakit okean regionunun təhlükəsizliyini gücləndirəcək". 

"Operativ Media" xəəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın bəyanatında deyilir.

"Biz Yaponiya hökumətinin Amerika ehtiyatlarını artırmaq üçün "Patriot" raketlərini ABŞ-yə ötürmək qərarını alqışlayırıq", - deyə Sullivan bildirib. 

O deyib: "Bu qərar ABŞ qüvvələrinin Yaponiya Özünümüdafiə Qüvvələri (JSF) ilə sıx koordinasiyada etibarlı çəkindirmə qabiliyyətinə malik olmasını təmin etməklə Yaponiyanın təhlükəsizliyinə və Hind-Sakit okean regionunun sülh və sabitliyinə xidmət edəcək".

Bundan əvvəl Yaponiya hakimiyyət orqanları müdafiə avadanlığının ixracı qaydalarını sadələşdirərək, Yaponiya ərazisində lisenziya əsasında istehsal olunan "Patriot" raketdən müdafiə sistemləri üçün raketlərin ABŞ-yə ötürülməsinə icazə verib.
 

Teqlər:

"AB\u015e: Yaponiyan\u0131n q\u0259rar\u0131 Hind-Sakit okean regionunun t\u0259hl\u00fck\u0259sizliyini g\u00fccl\u0259ndir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər