Menyu

Quterreş: İsrailin əməliyyatı Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur

Quterreş: İsrailin əməliyyatı Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur
1 dəq oxu

"İsrailin Qəzza zolağında apardığı əməliyyat üsulları Fələstin anklavının əhalisi arasında humanitar yardımın paylanmasını xeyli çətinləşdirir". 

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.

"Bir çox insanlar Qəzzada humanitar əməliyyatın effektivliyini Misir Qızıl Aypara Cəmiyyətindən, BMT-dən və tərəfdaşlarımızdan yardımların boşaldılmasına icazə verilən yük maşınlarının sayına görə ölçürlər. Bu, səhvdir. Əsl problem İsrailin necə davranmasıdır. İsrailin hücum həyata keçirməsi Qəzzada humanitar yardımın yayılmasına ciddi maneələr yaradır", - Quterreş bildirib. 

Əlaqəli Xəbərlər