Menyu

BMT-nin baş katibi: İsrail-Fələstin münaqişəsi Qəzzadan kənara yayılır

BMT-nin baş katibi: İsrail-Fələstin münaqişəsi Qəzzadan kənara yayılır

"İsrail-Fələstin münaqişəsi artıq Qəzza zolağından kənara da yayılır".

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

"Münaqişənin yayılması artıq baş verir", - baş katib qeyd edib.

Quterreş vurğulayıb ki, İordan çayının qərb sahili artıq "qaynar nöqtəyə çevrilib", Livan və İsrail arasındakı Mavi Xəttdə hər gün gərginlik artır və Yəmənin Husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə zərbələri qlobal təchizat zəncirlərinə mənfi təsir göstərə bilər.

"Bölgədən kənarda münaqişə cəmiyyətləri qütbləşdirir, nifrət və ekstremizmi artırır. Bütün bunlar qlobal sülh və təhlükəsizliyə əhəmiyyətli və artan təhlükə yaradır", - Quterreş xəbərdarlıq edib. 

Teqlər:

"BMT-nin ba\u015f katibi: \u0130srail-F\u0259l\u0259stin m\u00fcnaqi\u015f\u0259si Q\u0259zzadan k\u0259nara yay\u0131l\u0131r"

Əlaqəli Xəbərlər