Menyu

HƏMAS: Girovları azad etmək üçün İsraildən ciddi təklif almamışıq

HƏMAS: Girovları azad etmək üçün İsraildən ciddi təklif almamışıq
1 dəq oxu

"HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsraildən ciddi təkliflər almayıb". 

"Operativ Media" xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Hussam Badran "Əl-Cəzirə" telekanalına şərhində bildirib.

"İsrail girovlar məsələsi ilə bağlı ciddi və real təkliflər irəli sürməyib", - deyə Badran vurğulayıb. 

Badranın sözlərinə görə, HƏMAS-ın prioriteti anklava qarşı təcavüzü dayandırmaqdır: "Yalnız bu məqsədə çatdıqdan sonra hərəkat bütün digər məsələlər haqqında danışa biləcək".

Əlaqəli Xəbərlər