Menyu

Qəzza zolağında uşaqların 80%-dən çoxu ciddi qida çatışmazlığı ilə üzləşib

Qəzza zolağında uşaqların 80%-dən çoxu ciddi qida çatışmazlığı ilə üzləşib

Qəzza zolağında yaşı 5-dən az olan 10 mindən çox uşaq yaxın həftələrdə həyati təhlükəsi olan qida çatışmazlığından əziyyət çəkəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Qeyd olunub ki, Qəzzada azyaşlı uşaqların 80%-dən çoxu kəskin qida çatışmazlığından əziyyət çəkir. Beş yaşa qədər 335 min uşaq qida çatışmazlığı riski altındadır.

UNICEF həmçinin 155 mindən çox hamilə və laktasiya edən qadının, eləcə də iki yaşa qədər 135 min uşağın qidalanmasından narahatdır. Fond qeyd edib ki, xəstəxanaların üçdə ikisindən çoxu yanacaq, su və həyati vacib dərman çatışmazlığı səbəbindən fəaliyyət göstərmir.

Teqlər:

"Q\u0259zza zola\u011f\u0131nda u\u015faqlar\u0131n 80%-d\u0259n \u00e7oxu ciddi qida \u00e7at\u0131\u015fmazl\u0131\u011f\u0131 il\u0259 \u00fczl\u0259\u015fib"

Əlaqəli Xəbərlər