Menyu

Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlanıb

Qəzzada BMT-nin ölən əməkdaşlarının sayı açıqlanıb

Qəzza zolağında BMT-nin 136 əməkdaşı həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, BMT əməkdaşlarının çoxu evlərini tərk etmək məcburiyyətində qalıblar, bu isə görünməmiş haldır: “Onlara və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə hörmət edirəm”.

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.

Teqlər:

"Q\u0259zzada BMT-nin \u00f6l\u0259n \u0259m\u0259kda\u015flar\u0131n\u0131n say\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər