23 Dekabr 2023, 11:13
Binə qəsəbəsində silah-sursat tapılıb
Binə qəsəbəsində silah-sursat tapılıb şəkil
Binə qəsəbəsində silah-sursat tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media" ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 2 ədəd G-303-CSS tüstülü əl qumbarası, 1 ədəd UZRQM mexanizm, 1 ədəd TOZ-8 yivli ov silahı götürülüb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır