23 Dekabr 2023, 13:54
Sabah Bakıda “Həmrəylik Festivalı” keçiriləcək
Sabah Bakıda “Həmrəylik Festivalı” keçiriləcək şəkil
Sabah Bakıda “Həmrəylik Festivalı” keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 24-də Bakı Kristal Zalında “Həmrəylik Festivalı” keçiriləcək.

Bu barədə "Operativ Media"ya Gənclər Təşkilatları Milli Şurasının Mətbuat xidmətindən məlumat verilib. 

Tədbir şuranın təşkilatçılığı və aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə baş tutacaq. 

Bildirilib ki, 40 min gənc ilin ən böyük gənclər tədbirində iştirak üçün qeydiyyatdan keçib. 

Tədbirdə ərazi bütövlüyü tam təmin olunmuş bir ölkənin qalib gəncləri müasir tariximizin ən uğurlu illərindən birini böyük şənliklə qeyd edəcəklər.

Festivalın konsert proqramında Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan Drums çıxış edəcəklər.

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib