23 Dekabr 2023, 15:11
Gəncədə ərzaq mağazası yanıb
Gəncədə ərzaq mağazası yanıb şəkil
Gəncədə ərzaq mağazası yanıb

Gəncədə yanğın baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetr sahəsi olan mağazada anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ərzaq mağazasının lambirindən ibarət tavanı, dam örtüyünün taxtaları və rəflərə yığılan ərzaq malları yanaraq yararsız hala düşüb. Mağazaya bitişik olan ev və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, mağaza sahibinə 4-5 min manat ziyan dəyib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Son xəbərlər
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq
İsrailin İrana hücumundan sonra Avropada qazın qiyməti 4% artıb
"Traktor" "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcək