Menyu

Sabirabadda binada yanğın olub, sakinlər xilas edilib

Sabirabadda binada yanğın olub, sakinlər xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media"ya bildirilib ki, məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 10 nəfəri xilas ediblər.

Əlaqəli Xəbərlər