Qəzzada eskalasiya başlayandan bəri öldürülən jurnalistlərin sayı 100-ü keçib
Fələstin anklavında gərginlik sürətlə artmağa başlayandan bəri Qəzza zolağında 100-dən çox jurnalist peşə vəzifələrini yerinə yetirərkən həlak olub.
"Operativ Media" xəbər verir ki, bu məlumatı Qəzzadakı media ilə əlaqələr şöbəsi verib.
Məlumata görə, İsrail qüvvələrinin Qəzzanı bombalaması və atəşə tutması zamanı həlak olan jurnalistlərin sayı 101-ə çatıb.
Departament qeyd edib ki, sektorda İsrail təcavüzünün 101-ci qurbanı Fələstin nəşrlərindən birinin müxbiri Əhməd əl-Mədhun olub. O, bir neçə saat əvvəl anklavın şimal hissəsində yerləşən ərazinin bombalanması nəticəsində həlak olub.