Borrell: Aİ bütün imkanlarını səfərbər etməsə, Rusiya Ukraynada qalib gələcək
"Avropa İttifaqı (Aİ) bütün imkanlarını səfərbər etməsə, Ukrayna münaqişəsində Rusiya üstün olacaq".
"Operativ Media" xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borell Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində bildirib.
"Əgər biz kursu tez dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək, bu, Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək", - Borrell bildirib.
Eyni zamanda o, Rusiyanı Avropa demokratiyasını təhdid edən "böyük güc" adlandırıb.
"Əhəmiyyətli olan Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə edə biləcəyimizdir. Biz nə etməyə hazırıq? Biz həqiqətən də lazım olan hər şeyi etməyə hazırıqmı? Bu sualı özümüzə verməliyik", - Avropa diplomatiyasının rəhbəri bildirib.
O, Rusiyanın "məhdud ərazi qələbəsi" ilə kifayətlənməyəcəyi fikrini də ifadə edib: "Ona görə də biz uzun müddət yüksək intensivlikli münaqişəyə hazırlaşmalıyıq".
Aİ diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Aİ-nin Qəzza zolağında axan qanı dayandıra bilməməsi onuj imicinə də ciddi ziyan vuracaq.
Teqlər:
"Borrell: A\u0130 b\u00fct\u00fcn imkanlar\u0131n\u0131 s\u0259f\u0259rb\u0259r etm\u0259s\u0259 Rusiya Ukraynada qalib g\u0259l\u0259c\u0259k"