Pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Yasamal RPİ-nin 26-cı PB-də araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net