Menyu

Gələn il “Yüksəliş” müsabiqəsinin keçirilməsinə bir milyon manat ayrılıb - SƏRƏNCAM

Nərmin Qocamanlı
Gələn il “Yüksəliş” müsabiqəsinin keçirilməsinə bir milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncama əsasən, 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Teqlər:

"G\u0259l\u0259n il \u201cY\u00fcks\u0259li\u015f\u201d m\u00fcsabiq\u0259sinin ke\u00e7irilm\u0259sin\u0259 bir milyon manat ayr\u0131l\u0131b - S\u018fR\u018fNCAM"

Əlaqəli Xəbərlər