MSB: İraq və Suriyanın şimalında 26 terrorçu zərərsizləşdirilib
Nərmin Qocamanlı
23 dekabr 2023-cü ildə İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında ən azı 26 terrorçu zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"23 dekabr 2023-cü il tarixində İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin məlumatlara görə ən azı 26 terrorçu zərərsizləşdirilib. Hava əməliyyatlarının nəticələri ilə bağlı hədəf qiymətləndirmə işləri davam edir", - məlumatda qeyd olunub.