Menyu

MSB: Son üç gündə 56 terrorçu zərərsizləşdirilib

Nərmin Qocamanlı
MSB: Son üç gündə 56 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Bildirilib ki, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib.

Sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb.

Teqlər:

"MSB: Son \u00fc\u00e7 g\u00fcnd\u0259 56 terror\u00e7u z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər