Lukaşenko: "Rusiya və Belarusun NATO ilə yeni münaqişəyə vaxtı yoxdur"
"Rusiya və Belarusun NATO ilə yeni münaqişəyə vaxtı yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borellin Rusiya ilə "uzunmüddətli münaqişəyə" hazırlaşmağa çağıran bəyanatını şərh edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Bu cəfəngiyyatdır! Bu pis adamdır, sadəcə, bilirsən, axmaqdır! Onun siyasətlə heç bir əlaqəsi yoxdur! Ağıllı olsaydı, iş adamı kimi düşünərdi", - Lukaşenko deyib.
Qeyd edək ki, Borell daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı bütün imkanlarını səfərbər etməsə, Ukrayna münaqişəsində Rusiya qalib gələcək. O, həmçinin Rusiyanın "məhdud ərazi qələbəsi" ilə kifayətlənməyəcəyini iddia edib və uzun müddət ərzində yüksək intensivlikli münaqişəyə hazırlaşmağa çağırıb.
Teqlər:
"Luka\u015fenko: \"Rusiya v\u0259 Belarusun NATO il\u0259 yeni m\u00fcnaqi\u015f\u0259y\u0259 vaxt\u0131 yoxdur\""