Lukaşenko: "Rusiyanın Belarusdakı nüvə silahları yerindədir, yaxşı vəziyyətdədir"
"Belarusiyadakı bütün Rusiya taktiki nüvə silahları yerindədir, yaxşı vəziyyətdədir".
"Operativ Media" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.
Onun sözlərinə görə, hərbçilər gündəlik məşq edir: "Biz hər gün öyrənirik. Hətta bizimlə qalan keçmiş vaqnerçilər də bu gün bölmələrimizdə işləyir, təcrübə ötürürlər".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də bəyan edib ki, Moskva Minskin tələbi ilə ABŞ-nin öz müttəfiqlərinin ərazisində etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Artıq Moskva nüvə silahı daşıya bilən "İsgəndər" raket sistemini Minskə təhvil verib və Belarus təyyarələrinin xüsusi sursat daşıya bilməsi üçün yenidən təchiz edilməsinə kömək edib.
Belarus raket alimləri və pilotları Rusiyada müvafiq təlim keçiblər. İyunun 16-da Putin qeyd edib ki, ilk Rusiya nüvə başlıqları Belarusa çatdırılıb və bütün partiya ilin sonuna qədər çatdırılacaq. Lukaşenko iyunun 23-də bildirib ki, çatdırılması planlaşdırılan sursatın əhəmiyyətli hissəsi artıq respublikadadır.