WSJ: ABŞ Çinin məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən qorxur
"Birləşmiş Ştatlar Çinin əvvəllər heç vaxt görülməmiş miqyasda Amerika vətəndaşlarından müxtəlif növ məlumat toplamaq üçün süni intellektdən (AI) istifadə etməsindən qorxur".
"Operativ Media" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Federal Tədqiqatlar Bürosu (FTB) və digər qurumlar Çinin süni intellektdən amerikalılar haqqında məlumat toplamaq və saxlamaq üçün indiyə qədər heç vaxt mümkün olmayan miqyasda istifadə edə biləcəyinə inanır.
Nəşr qeyd edir ki, məsələ son bir il ərzində o qədər kəskinləşib ki, FTB direktoru və Qərb kəşfiyyat orqanlarının rəhbərləri oktyabr ayında texnologiya liderləri ilə görüş keçiriblər.
Qəzet qeyd edib ki, ABŞ hakimiyyətinin gəldiyi qənaətə görə, Çin hakimiyyəti toplanmış şəxsi məlumatlardan Amerika casuslarını müəyyən etmək, həmçinin Amerika administrasiyasının rəsmilərinə nəzarət etmək üçün də istifadə edə bilər.