Menyu

Trüdo: Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə yenidən onunla işləməyə hazıram

Trüdo: Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə yenidən onunla işləməyə hazıram

"Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə yenidən onunla işləməyə hazıram, lakin seçkilərdə Respublikaçıların qələbəsi Kanada və digər ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərinə zərər verə bilər". 

"Operativ Media" xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo CBC televiziyasına müsahibəsində bildirib.

"İdarəetmədən asılı olmayaraq, ABŞ ilə işləmək həmişə problemdir”, Trüdo deyib. 

Eyni zamanda, baş nazir xatırladıb ki, Trampın prezidentliyi dövründə Vaşinqton və Ottava bir çox məsələləri həll edə, o cümlədən yeni ticarət sazişi bağlaya biliblər.

"Trampın prezidentliyi iqlim dəyişikliyi ilə bağlı qlobal tərəqqini ləngidə bilər", - Baş nazir əlavə edib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Aprelin 25-də Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istədiyini açıqlayıb. Tramp isə 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib. 

Teqlər:

"Tr\u00fcdo: Tramp AB\u015e prezidenti se\u00e7il\u0259c\u0259yi t\u0259qdird\u0259 yenid\u0259n onunla i\u015fl\u0259m\u0259y\u0259 haz\u0131ram"

Əlaqəli Xəbərlər