Menyu

Amerikanın Suriyadakı bazası atəşə tutulub

Nərmin Qocamanlı
Amerikanın Suriyadakı bazası atəşə tutulub

Suriyanın Həsəkə əyalətində yerləşən Amerikanın Əl-Şəddadi hərbi bazası hücuma məruz qalıb

"Operativ Media" xəbər verir ki, bu barədə "Əl-Mayadin” telekanalı məlumat yayıb.

“Suriyanın şimal-şərqindəki Əl-Şəddadi bazasındakı Amerika hərbçiləri atəşə tutulub”, - telekanalın açıqlamasında deyilir.

Qeyd edək ki, ABŞ ordusunun Suriyada 24 hərbi bazası və 4 nöqtəsi var. Suriyadakı Amerika bazaları dəfələrlə pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qalıb. ABŞ-ın hücumlarında İrana bağlı qruplar günahlandırılır və onların intensivləşməsi Qəzza zolağındakı münaqişə ilə əlaqələndirilir.

Əlaqəli Xəbərlər