KİV: İsrailin Hindistandakı səfirliyində partlayış baş verib
"İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında partlayış baş verib, ölən və yaralananlar barədə məlumat yoxdur".
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Hindistan polisi tərəfindən İsrail təhlükəsizlik xidmətlərinin əməkdaşlığı ilə insidentlə bağlı təhqiqat aparılır.
ANI xəbər agentliyi diplomatik missiyaya istinadən xəbər verir ki, İsrailin Hindistandakı səfirliyi Yeni Dehlidəki diplomatik missiyanın binası yaxınlığında partlayış baş verdiyini təsdiqləyib: "Biz təsdiq edə bilərik ki, təxminən saat 17:10-da (Bakı vaxtı ilə 15:40 - red.) səfirliyin yaxınlığında partlayış baş verib. Polis və təhlükəsizlik xidmətləri hələ də insidentlə bağlı araşdırma aparır".
Bundan əvvəl Yeni Dehli polisi İsrail səfirliyi yaxınlığında partlayışla bağlı siqnal aldığını bildirmişdi. Yeni Dehli Yanğınsöndürmə İdarəsinin rəisi Atul Qanq bildirib ki, hadisə yerində hələlik "şübhəli nəsə" tapılmayıb.