Rusiya və İran XİN rəhbərləri arasında telefon danışığı olub
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
“Operativ Media” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər arasında baş tutan telefon danışığı zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın artırılması, eyni zamanda regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, dekabrın 25-də Sankt-Peterburqda imzalanmış Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinə əsaslanan təmaslar müzakirə mövzusu olub.
Teqlər:
"Rusiya v\u0259 \u0130ran X\u0130N r\u0259hb\u0259rl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"