Netanyahu: İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir
"İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir".
"Operativ Media" xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.
"Biz Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə əlimiz çatacaq", - Baş nazirin ofisi bəyanat yayıb.
"Döyüşçülərimiz Qəzza zolağında yerin səthində, bəzən yerin altında döyüşür və bizim göydə də gözlərimiz var", - deyə Nazirlər Kabinetinin rəhbəri davam edib.
"Biz ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq", - Netanyahu əlavə edib.