Menyu

Pakistan FƏTH-II reaktiv yaylım atəş sistemini sınaqdan keçirib

Pakistan FƏTH-II reaktiv yaylım atəş sistemini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri yerli FƏTH-II uzaqmənzilli çox başlıqlı raket sistemini (MLRS) uğurla sınaqdan keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə İslam Respublikası Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Məlumata görə, Fəth-II adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Pakistan prezidenti Arif Alvi, müvəqqəti hökumətin rəhbəri Ənvaarul-ul Haq Kakar və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şəmşad Mirzə FƏTH-II-nin uğurlu sınağı münasibətilə ordunu təbrik ediblər.

KİV-in məlumatına görə, Fəth MLRS Pakistanın "Global Industrial & Defense Solutions (GIDS)" müdafiə şirkəti tərəfindən hazırlanıb. O, Amerikanın HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur. 150 km-ə qədər uçuş məsafəsi olan Fəth-I MLRS ilk dəfə 2021-ci ilin avqustunda Pakistanda sınaqdan keçirilib. 

Teqlər:

"Pakistan F\u018fTH-II reaktiv yayl\u0131m at\u0259\u015f sistemini s\u0131naqdan ke\u00e7irib"

Əlaqəli Xəbərlər