KİV: Ukrayna ilk F-16 qırıcılarını əldə edə bilər
"Qərb müttəfiqlərinin Kiyevə vəd etdiyi ilk F-16 qırıcıları artıq Ukraynaya çata bilər".
"Operativ Media" xəbər verir ki, bu barədə "Newsweek" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qırıcıların artıq Ukrayna Silahlı Qüvvələrində xidmətdə olma ehtimalı kifayət qədər yüksəkdir.
Qeyd edək ki, Ukrayna uzun müddətdir Qərb müttəfiqlərindən F-16-ları ona təhvil vermələrini xahiş edib. Bununla belə, Qərb pilotların və yerüstü xidmət personalının lazımi ilkin hazırlığı olmadan Kiyevi belə təyyarələrlə təmin etməyin mümkünsüzlüyünü vurğulayıb.
Avqustun sonunda Hollandiya 42 Amerika F-16 qırıcısını Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb, Danimarka Kiyevə 19 belə təyyarə vəd edib. ABŞ hakimiyyəti bu addımı təsdiqləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net