Menyu

Hizbullah İsrailin şimalına hücum edib

Hizbullah İsrailin şimalına hücum edib

Hizbullah partiyasının silahlı qanadının dəstələri Livanla sərhəddən 2,5 km aralıda yerləşən İsrailin Kiryat Şmona şəhərini atəşə tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Hizbullah hərbi informasiya xidmətinin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Hizbullah döyüşçüləri sərhəd qəsəbəsinə çoxsaylı raket sistemlərindən 30 mərmi atıblar. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib.

"Əməliyyat işğalçı qüvvələrin Qəzza zolağında və Livanın cənubunda dinc əhaliyə qarşı törətdiyi cinayətlərə cavab idi", - Məlumatda qeyd edilib.

Günün birinci yarısında təşkilat İsrail ərazisinə doğru 18 raket atıb, onlardan 8-i "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. 
 

Teqlər:

"Hizbullah \u0130srailin \u015fimal\u0131na h\u00fccum edib"

Əlaqəli Xəbərlər