Menyu

İsrail ordusu Livanla sərhəddə "yüksək hazırlıq" elan edib

İsrail ordusu Livanla sərhəddə "yüksək hazırlıq" elan edib

"İsrail Müdafiə Qüvvələri (IDF) "müxtəlif fövqəladə hallar" üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində "yüksək hazırlıq" vəziyyətindədir". 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ordunun şimal komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək üçün keçirilən iclasda deyib.

"Bu gün biz müxtəlif fövqəladə hallar üzrə planları təsdiqlədik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. IDF və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir", - Halevi qeyd edib.

"İndiyədək burada (Livanla sərhəd bölgəsində - red.) kampaniya düzgün və hərtərəfli aparılıb və o, eyni ruhda davam etməlidir", - Halevi əlavə edib. 

Teqlər:

"\u0130srail ordusu Livanla s\u0259rh\u0259dd\u0259 \"y\u00fcks\u0259k haz\u0131rl\u0131q\" elan edib"

Əlaqəli Xəbərlər