Menyu

Ərdoğanın sözçüsü: Türkiyə İsveçin NATO-ya üzvlük məsələsində irəliləyiş gözləyir

Ərdoğanın sözçüsü: Türkiyə İsveçin NATO-ya üzvlük məsələsində irəliləyiş gözləyir

"Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç "TRT Haber" telekanalında bildirib.

"İsveç Madrid Protokolu (2022-ci ilin iyununda NATO sammiti çərçivəsində imzalanıb - red.) üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Bu, xüsusən də hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveç məsələsində Yaxın gələcəkdə NATO-ya üzvlükdə əhəmiyyətli irəliləyiş olacaq", - Kılıç bildirib.

Qeyd edək ki, dekabrın 26-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası səs çoxluğu ilə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. Beləliklə, sənəd Baş Assambleyanın səsverməsinə çıxarılıb. 

Teqlər:

"\u018frdo\u011fan\u0131n s\u00f6z\u00e7\u00fcs\u00fc: T\u00fcrkiy\u0259 \u0130sve\u00e7in NATO-ya \u00fczvl\u00fck m\u0259s\u0259l\u0259sind\u0259 ir\u0259lil\u0259yi\u015f g\u00f6zl\u0259yir"

Əlaqəli Xəbərlər