Menyu

Livanın baş naziri: İsrailin təxribatları regional müharibəyə səbəb ola bilər

Livanın baş naziri: İsrailin təxribatları regional müharibəyə səbəb ola bilər

"Livan hökuməti beynəlxalq ictimaiyyəti Qəzza zolağında və Livanın cənubunda təcavüzkar hərəkətlərini dayandırmaq üçün İsrailə maksimum təzyiq göstərməyə çağırır". 

"Operativ Media" xəbər verir ki, bunu Beyrutda Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşündə respublikanın baş naziri Nəcib Mikati deyib.

"İsrailin Livanın cənubunda təxribatlarının davam etməsi gərginliyin artmasına və bölgədə çox tərəfli müharibəyə səbəb ola bilər", - hökumət lideri xəbərdarlıq edib.

Qəzza zolağındakı münaqişəyə toxunan Mikati qeyd edib ki, münaqişənin həlli atəşkəslə başlamalı, bunun ardınca fələstinlilərə qanuni hüquqlarının verilməsi ilə bağlı danışıqlara keçilməlidir.

Britaniyalı nazir öz növbəsində qeyd edib: "Yaxın Şərqdə hərbi eskalasiya dünyada risklərin və qeyri-sabitliyin səviyyəsini artırır". O, Livan hökumətinin İsraillə genişmiqyaslı qarşıdurmanın qarşısını almaq səylərini alqışlayıb.
 

Teqlər:

"Livan\u0131n ba\u015f naziri: \u0130srailin t\u0259xribatlar\u0131 regional m\u00fcharib\u0259y\u0259 s\u0259b\u0259b ola bil\u0259r"

Əlaqəli Xəbərlər