Menyu

Pakistanda Fələstinlə həmrəylik məqsədilə Yeni il şənlikləri qadağan edilib

Pakistanda Fələstinlə həmrəylik məqsədilə Yeni il şənlikləri qadağan edilib

Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvar-ul-Haq Kakar İsrail ordusunun hücumlarının qurbanı olan Qəzza zolağının əhalisi ilə həmrəylik əlaməti olaraq ölkədə Yeni il şənliklərinin tam qadağan edildiyini açıqlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kakar xalqa müraciətində bildirib. 

"Fələstindəki vəziyyətlə bağlı ciddi narahatlıq və fələstinli qardaş və bacılarımızla həmrəylik nümayiş etdirərək hökumət hər hansı Yeni il şənliklərini qəti şəkildə qadağan edir", - O qeyd edib.

Müvəqqəti Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, oktyabrın əvvəlindən bu yana 9 mini uşaq olmaqla 21 mindən çox fələstinli zorakılıq və ədalətsizliyin bütün sərhədlərini aşan İsrail ordusu tərəfindən öldürülüb. Kakar əlavə edib: "Bütün Pakistan xalqı və müsəlman dünyası günahsız uşaqların öldürülməsi və Qəzza və İordan çayının qərb sahilində silahsız fələstinlilərin soyqırımı səbəbi ilə hədsiz ağrı içindədir".
 

Teqlər:

"Pakistanda F\u0259l\u0259stinl\u0259 h\u0259mr\u0259ylik m\u0259qs\u0259dil\u0259 Yeni il \u015f\u0259nlikl\u0259ri qada\u011fan edilib"

Əlaqəli Xəbərlər