İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 21300-ü keçib
Oktyabrın 7-dən İsrailin zərbələri nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 21,3 mini keçib, 55,6 mindən çox insan isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.
Departamentin teleqram kanalında yayılan bəyanatda deyilir: "Oktyabrın 7-dən İsrail təcavüzünün qurbanlarının sayı 21 320 nəfərə, yaralananların sayı 55 603 nəfərə çatıb".
Səhiyyə Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, Fələstin anklavında 50%-i uşaqlar olan 1,9 milyondan çox köçkün su, qida və dərman çatışmazlığından əziyyət çəkir.