Menyu

ABŞ və İsrail müdafiə nazirləri telefonla danışıb

Əziz Əzizli
ABŞ və İsrail müdafiə nazirləri telefonla danışıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant telefon danışığında Qəzza zolağında vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərə hazırlığı müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

P.Rayder qeyd edib ki, L.Ostin və Y.Qalant "İsrailin Qəzzada hərbi kampaniyası və genişmiqyaslı hərbi əməliyyatlardan sonra gələcək sabitləşmə mərhələsinə hazırlıqları" müzakirə ediblər.

"Nazir [Ostin] ABŞ-ın İsrailin təhlükəsizliyinə HƏMAS tərəfindən daha təhdid edilməməsini təmin etmək əzmində olduğunu bir daha təsdiqlədi və həmçinin Qəzzadakı mülki əhalinin qorunmasının və humanitar yardımın sürətləndirilməsinin vacibliyini vurğuladı", - deyə o bildirib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər