Menyu

NATO Baş katibi Polşa prezidenti ilə telefonda danışıb

Əziz Əzizli
NATO Baş katibi Polşa prezidenti ilə telefonda danışıb

NATO Baş katibi Yens Stoltenberq Polşa Prezidenti Andjey Duda ilə telefon əlaqəsi saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Alyansın Baş katibi "X" hesabında bildirib.

"Prezident Duda ilə Polşada baş verən raket insidenti ilə bağlı danışdım. NATO dəyərli müttəfiqimiz Polşa ilə həmrəydir, vəziyyəti izləyir və faktlar müəyyən edilənə qədər təmasda olacağıq. NATO sayıqdır", - Stoltenberq bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın atdığı raket Ukrayna ərazisində Polşanın hava məkanına daxil olub və daha sonra oranı tərk edib.

Teqlər:

"NATO Ba\u015f katibi Pol\u015fa prezidenti il\u0259 telefonda dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər