Ana səhifə / Dünya / Qəzzada ölənlərin sayı açıqlanıb Qəzzada ölənlərin sayı açıqlanıb 30.12.2023, 19:06 İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 21 672 nəfərə çatıb. "Operativ Media" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində Qəzzada 165 insan ölüb. Hərbi əməliyyatlar zamanı 56 165 nəfər yaralanıb. Ölənlər arasında 312 tibb işçisinin olduğu qeyd edilib. Teqlər: "Q\u0259zzada \u00f6l\u0259nl\u0259rin say\u0131 a\u00e7\u0131qlan\u0131b"