Menyu

Belqorod atəşə tutuldu: ölən və yaralananlar var

Belqorod atəşə tutuldu: ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Operativ Media" Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərin 2-si uşaq olub. 108 nəfər isə yaralanıb. Yaralılardan da 15-nin uşaq olduğu bildirilib.

Qeyd edək ki, bu gün Rusiyanın Belqorod şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Belqorod vilayətinin Fövqəladə Hallar Nazirliyi Belqorod sakinlərinə evlərini tərk etmək və sığınacaqlara getmək xahişi ilə müraciət edib.

Sakinlərdən elektrik enerjisini, qazı və suyu bağlamaları, zəruri əşyaları özləri ilə götürmələri və yaxınlıqdakı sığınacaqlara köçmələri xahiş olunub.

Teqlər:

"Belqorod at\u0259\u015f\u0259 tutuldu: \u00f6l\u0259n v\u0259 yaralananlar var"

Əlaqəli Xəbərlər